Çexiyanın Eksperimental və Tətbiqi Fizika İnstitutu ADNSU ilə əməkdaşlıqda maraqlıdır

Çexiyanın Eksperimental və Tətbiqi Fizika İnstitutu ADNSU ilə əməkdaşlıqda maraqlıdır Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Çexiyanın Eksperimental və Tətbiqi Fizika İnstitutunun (ÇETFİ) direktoru İvan Şteklin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə M.Babanlı rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti, tədris prosesi barədə danışıb. Eyni zamanda, ADNSU-da reallaşdırılan layihələr, qazanılan uğurlar diqqətə çatdırılıb.
Görüşdən məmnun qaldığını bildirən İ.Ştekl rəhbərlik etdiyi institutda aparılan elmi-tədqiqat işləri və kosmik yeniliklər barədə məlumat verib, ADNSU ilə əməkdaşlığa maraqlı olduqlarını vurğulayıb.
Sonra bir sıra elmi-texnoloji yeniliklərin tətbiqi məsələləri müzakirə edilib.
Qonaqlar universitetin laboratoriyalarında aparılan elmi tədqiqatlarla tanış olublar.

ADNSU-nun Mətbuat xidməti


Oxşar xəbərlər