Çinin Şansi əyalətinin nümayəndə heyəti ADNSU-da olub

Çinin Şansi əyalətinin nümayəndə heyəti ADNSU-da olub Çinin Kommunist Partiyasının Şansi əyaləti Komitəsinin İctimaiyyət Departamentinin baş direktoru Daquanq Sanın rəhbərlik etdiyi nümayəndə heyəti, həmçinin Sian Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov qonaqları salamlayaraq universitet haqqında ətraflı məlumat verib, Çin universitetləri ilə tələbə və müəllim mübadiləsinin tarixindən danışıb. ADNSU-da hazrda təhsil alan çinli tələbələrin tədris göstəricilərinin müsbət olduğunu deyən dosent Vazeh Əskrov Çin universitetləri ilə eyni zamanda yaşıl enerji və süni intellekt üzrə birgə əməkdaşlığın önəmini qeyd edib.

ADNSU-da olmaqdan məmnunluqlarını ifadə edən Çin nümayəndə heyəti iki ölkə arasında ali təhsildə hazırkı vəziyyət və perspektivlərdən danışıb, əməkdaşlığın inkişafı ilə bağlı müştərək layihələrin icrasının mümkünlüyünü diqqətə çatdırıb.

Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşün sonunda ADNSU ilə Çinin Sian Universiteti arasında Anlaşma memorandumu imzalanıb və xatirə hədiyyələri təqdim edilib.

Qonaqlar həmçinin, ADNSU-nun tarix muzeyində olublar, muzey və eksponatlar haqqında ətraflı məlumat aliblar. Səfər çərçivəsində qonaqlar ADNSU-da təhsil alan çinli tələbələrlə görüşüb, onların təhsil və tədris həyatı ilə bağlı söhbət ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər