QS-in regional direktoru ADNSU-da olub

QS-in regional direktoru ADNSU-da olub Mayın 2-də QS-in regional direktoru Sergey Xristolyubov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərovla görüşüb.
Görüşdə ADNSU-nun QS reytinqindəki uğurundan, perspektiv və hədəflərdən bəhs olunub. Universitet haqqında qonağa ətraflı məlumat verən dosent Vazeh Əskərov diqqətə çatdırıb ki, ADNSU 2026-cı ilə qədər QS reytinqində ön sıralarda yer almağı hədəfləyib. O, bildirib ki, komanda olaraq təhsil və tədrisin yüksəldilməsi, müasir çağırışlara uyğun təhsil sisteminin qurulması, elmi nailiyyətlərin əsaslı şəkildə inkişafı istiqamətində konkret işlər görülür və müsbət nəticələr əldə etmək üçün əsaslı zəmin yaradılıb.

Görüşdə QS-in regional direktoru Sergey Xristolyubov universitetin fəaliyyətindən, Azərbaycan dövlətinin təhsilə ayırdığı diqqətdən xəbərdar olduğunu qeyd edərək bildirib ki, ADNSU beynəlxalq arenada özünü çox yaxşı təmsil edir. Qonaq vurğulayıb ki, ADNSU-nun son illər QS reytinqində belə sürətlə irəliləməsi onları çox təəccübləndirib və bu universitetin inkişafı üçün ciddi nailiyyətdir.

Görüşdə Sergey Xristolyubov QS tərəfindən yüksək reytinq üçün hazırlanmış hədiyyəni dosent Vazeh Əskərova təqdim edib.

Sonra QS-in regional direktoru Sergey Xristolyubovun ADNSU-nun professor-müəllim heyəti ilə geniş tərkibdə görüşü keçirilib. Görüşdə QS üçün əsas olan meyar və üstünlüklərdən bəhsd olunub, universitet əməkdaşlarının sualları cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər