Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin, eyni zamanda Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin əməkdaşları ilə Naxçıvan Dövlət Universitetinin əməkdaşları və bir qrup əcnəbi tələbələr arasında görüş keçirilib. Agentliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov Naxçıvan Dövlət Universiteti ilə xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, birgə proqramların təşkili, beynəlxalq reytinq cədvəllərində iştirak, eləcə də NDU-da təhsil alan əcnəbi tələbələrin sayının artırılması məqsədi ilə təşviqat işlərinin gedişatı ilə bağlı fikir mübadiləsi aparılıb.
Daha sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin aparıcı məsləhətçiləri Həcər Kəlbiyeva, Ruqiyə Ağamalıyeva tərəfindən reytinq cədvəllərində iştirak, əcnəbi vətəndaşların təhsilinin təşkili və dövlət hesabına təhsil imkanları, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin layihə rəhbəri Pərvin Qocazadə tərəfindən isə əcnəbi vətəndaşların yerli ali təhsil müəssisələrinə qəbulu prosesinin elektronlaşdırılması ilə əlaqədar portal.edu.az və atis.edu.az üzərindən işin təşkili barədə infosessiya təşkil olunub.
Əcnəbi tələbələrlə görüş zamanı isə onları maraqlandıran suallar cavablandırılıb.
Tehsil-press.az