UNEC-ə yeni tədris ilində 152 əcnəbi tələbə qəbul olub

UNEC-ə yeni tədris ilində 152 əcnəbi tələbə qəbul olub Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təhsil alan əcnəbi tələbələrlə görüş keçirilib.
Görüşdə beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor Neman Muradlı və Beynəlxalq əməkdaşlıq departamentinin Xarici əlaqələr şöbəsinin müdiri Afət Ələkbərova universitetin əcnəbi tələbələrə təqdim etdiyi imkanlar, eləcə də UNEC-də yeni fəaliyyətə başlayan “Erasmus Tələbə Şəbəkəsi - ESN” barədə məlumat veriblər.
Sonra tələbələrin sualları dinlənilib və onları narahat edən məsələlər yerindəcə həll edilib.
Qeyd edək ki, 2023/2024-cü tədris ilində UNEC-ə Çin, Rusiya, İsrail, Türkiyə, Gürcüstan, Ukrayna, Türkmənistan, Nigeriya, Əfqanıstan, İran, Özbəkistan, Pakistan, Qırğızıstan və Qazaxıstandan 152 əcnəbi tələbə qəbul olub. Ümumilikdə isə universitetdə 391 əcnəbi tələbə təhsil alır. Təhsil qrantı və dövlət proqramları çərçivəsində UNEC-də təhsil alan əcnəbilərin sayı isə 14 nəfərdir.

Tehsil-press.az


Oxşar xəbərlər