Macarıstan səfirliyinin nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.
Bu ali məktəbin Tarix muzeyi, laboratoriyaları və auditoriyaları ilə tanış olan nümayəndə heyətinin sonra professor-müəllim heyəti və tələbələrlə görüşü keçirilib.
Universitetin beynəlxalq əlaqələr üzrə prorektor müavini Ülviyyə Abbasova görüşün əhəmiyyətini vurğulayıb.
Öz ölkəsində təhsil, ali təhsilin keyfiyyəti, azərbaycanlı tələbələr üçün təqdim olunan imtiyazlar və Azərbaycanla əməkdaşlıq əlaqələri haqqında videotəqdimatla çıxış edən Macarıstan səfirliyinin ikinci katibi, mədəniyyət və təhsil üzrə nümayəndə Mihay Qruber ADNSU ilə əməkdaşlıqda və tələbə mübadiləsində maraqlı olduqlarını diqqətə çatdırıb.
ADNSU-nun beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Leyla Nağıyeva tələbə mübadiləsi proqramları, eləcə də mövcud layihələr barədə ətraflı məlumat verib. Əcnəbi tələbələrlə iş üzrə dekan müavini Natiq Məmmədov universitetdə təhsil alan əcnəbi tələbələr, onlar üçün yaradılan tədris şəraitindən danışıb.
Sonra təhsil sahəsində əməkdaşlıq imkanları və mübadilə proqramları ilə bağlı müzakirələr aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Tehsil-press.az