Bakıda ana 4 uşağını ataraq sevgilisi ilə qaçdı

Bakıda ana 4 uşağını ataraq sevgilisi ilə qaçdı Bakıda ana dörd uşağını parkda qoyaraq sevgilisi ilə gedib.

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə "Facebook"da məlumat yayıb.

Onun sözlərinə görə, uşaqların ən kiçiyi 5-6 aylıqdır.

Uşaqların şəkilləri qısa müddət ərzində sosial şəbəkələrdə yüzlərlə insan tərəfindən paylaşılıb. Onları tanıyanlardan ictimai birliyə müraciət etmələri xahiş olunub.

Uşaqların atalarının və digər yaxın qohumlarının kimliyi bəlli deyil.

Tehsil-press.az

Oxşar xəbərlər