Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda “Açıq elm” (Open Science) mövzusunda seminar keçirilib. Məruzəçi fizika üzrə fəlsəfə doktoru Səidə Məmmədova olub.
Seminarda Azərbaycan Milli Elmlər Akademiyası Elm və Təhsil şöbəsinin əməkdaşları da iştirak ediblər.
Tədbiri giriş sözü ilə İnstitutun Təhsil, xarici və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov açıb. O, seminarın mövzsunun aktuallığından bəhs edib. Bildirib ki, elm sahəsində daha böyük uğurlar əldə etmək üçün müasir elmi mühitin tələblərinə uyğun fəaliyyət zəruridir. O, intellektin cəmiyyətin inkişafında gələcəkdə əsas meyar olacağını qeyd edib. R.Rüstəmov elmi fəaliyyətin idarə olunmasında abstrakt görünən intellektin mahiyyəti haqqında danışıb.
Sonra Səidə Məmmədovanın məruzəsi dinlənilib. O, “Açıq elm”in əhəmiyyətindən danışıb. Bildirib ki, ilk dəfə UNESKO tərəfindən yaradılmış bu istiqamətdə beynəlxalq sistemdə fəal işlər aparılır. Ümumilikdə elmin sərhədsiz məfkurəsi “Açıq elm”in mahiyyətində özünü əks etdirir. S.Məmmədova bu platformanın prisinplərindən bəhs edib. Açıq tədqiqat metodları, açıq nəşrlər, açıq rəy sorğusu, açıq əməkdaşlıq, açıq elmin əsas prinsipləri olduğunu qeyd edib. Natiq bu sahədə mövcud nailiyyətlər və problemlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Tehsil-press.az