Fizika İnstitutunun beynəlxalq elmi platformalarla əməkdaşlıq imkanları müzakirə olunub

Fizika İnstitutunun beynəlxalq elmi platformalarla əməkdaşlıq imkanları müzakirə olunub Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun Təhsil, xarici və ictimaiyyətlə əlaqələr şöbəsinin təşkilatçılığı ilə “Springer Nature” platformasının əməkdaşı Darya Sovelyeva (onlayn rejimdə) və “MA GROUP”un əməkdaşları Kamilla Minlibaeva və Mariya Kondrateva elmi müəssisənin qonağı olublar.
AMEA-nın birinci vitse-prezidenti vəzifəsini icra edən institutun baş direktoru akademik Arif Həşimovla görüş zamanı ekspert mübadiləsi üçün mövcud tələblər, Fizika İnstitutunun jurnallarının “Springer Nature” platformasına daxil edilməsi imkanlarının araşdırılması, institutun əməkdaşlarının bu elmi platformada iştirak imkanlarının araşdırılması və digər əməkdaşlıq imkanları müzakirə olunub.
Daha sonra institutda seminar təşkil olunub.
Seminarı giriş sözü ilə institutun Təhsil, xarici və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov açaraq bildirib ki, “MA Group AG” ilə Fizika İnstitutu arasında əməkdaşlığın təməli elmin müvafiq sahələri üzrə “MA Group AG”nin malik olduğu resurslara müddətli giriş təşkil olunub.
Sonra qonaqlar təqdimatlarla çıxış edərək təmsil etdikləri qurumların malik olduqları potensialdan və xidmətlərdən söhbət açıblar.
Sonda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər