Fizika İnstitutunda özbəkistanlı alimlərin məruzəsi dinlənilib

Fizika İnstitutunda özbəkistanlı alimlərin məruzəsi dinlənilib Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda özbəkistanlı alimlərin məruzəsi dinlənilib.
Tədbirin keçirilməsində məqsəd özbəkistanlı alimlərin elmi fəaliyyəti ilə tanış olmaq və gələcək əməkdaşlıq imkanlarını müzakirə etmək olub.
Tədbirdə Ş.Raşidov adına Səmərqənd Dövlət Universitetinin aspirantı Firdavsi Tursunovun məruzəsi dinlənilib. O, Səmərqənd Dövlət Universiteti, burada fəaliyyət göstərən fakültələr, tədris prosesi haqqında məlumat verib. F.Tursunov, həmçinin elmi araşdırmalar apardığı nanokimya sahəsindən bəhs edib.
Sonra kimya üzrə fəlsəfə doktoru, dosent Xurşid Taşpulatovun məruzəsi dinlənilib. O, Səmərqənd Dövlət Universitetinin Kimya fakültəsində fəaliyyət göstərən laboratoriyalar, burada quraşdırılmış avadanlıqlar, aparılan tədqiqatlar haqqında məlumat verib.
Sonda Təhsil, xarici və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov çıxış edib. O, informasiya mübadiləsi, əməkdaşlıq, təlim və kursların təşkilinin vacibliyi və kadr mübadiləsindən danışıb. R.Rüstəmov, həmçinin institutda fəaliyyət göstərən “Renessans” təşkilatı haqqında qonaqlara məlumat verib.

Tehsil-press.az



Oxşar xəbərlər