Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda “Nə etməli? Beynəlxalq və yerli qrantlar: imkanlar və problemlər” mövzusunda seminar keçirilib.
Seminarın məruzəçisi - institutun Təhsil, xarici və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov mövzunun aktuallığından danışıb. Bildirib ki, Elm və Təhsil Nazirliyi ilə “Scopus” elmi bazası arasında müqavilə imzalanıb və bu müqavilə əsasında ölkə miqyasında bütün təhsil, elmi-tədqiqat institutlarına və araşdırma mərkəzlərinə elmi bazaya giriş təmin olunması nəzərdə tutulub.
R.Rüstəmov həm fundamental elmin, həm də elmin kommersiyalaşmasında beynəlxalq və yerli qrantlar, həmçinin onlardan istifadə olunması imkanları mövzusunda məruzə ilə çıxış edib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Tehsil-press.az