Yeni məhdudiyyətlər gəlir: Bakı qismən boşaldılacaq?.. - Fazil Mustafa

Yeni məhdudiyyətlər gəlir: Bakı qismən boşaldılacaq?.. - Fazil Mustafa Noyabrda Azərbaycanda COP29 (Tərəflər Konfransı) keçirilməsi ilə əlaqədar müəyyən məhdudiyyətlərin tətbiqi nəzərədə tutulur. İnfrastruktur, nəqliyyat, təhlükəsizlik və digər məhdudiyyətlərin tətbiq olunacağı söylənilir.

Məsələyə Milli Məclisin deputatı Fazil Mustafanın münasibətini öyrənib.

O deyib ki, COP29-da nəqliyyatla bağlı məhdudiyyətlər olacaq: “Müəyyən müəssisələrin fəaliyyəti 10 gün ərzində dayandırıla bilər. Belə məhdudiyyətlər tədbirin daha sakit şəraitdə keçirilməsi, effektiv olması üçün vacibdir. Nəzərdə tutula bilər ki, insanların müəyyən dərəcədə şəhərdən başqa bölgələrə tətilə getməsi kimi stimullaşdırıcı addımlar atılsın. Məqsəd gələn qonaqlar üçün hansısa sıxlıq yaradılmasını önləməkdir. Bu istiqamətlərdə gözləntilərim var. Başqa daha sərt məhdudiyyətlərin olacağını düşünmürəm”.

Tehsil-press.az

Oxşar xəbərlər