Xəbər verdiyimiz kimi, Xocalı soyqırımı zamanı səkkiz gün erməni əsirliyində qalmış Dürdanə Ağayeva vəfat edib.
52 yaşlı Xocalı şahidi onkoloji xəstəlikdən dünyasını dəyişib.
D.Ağayeva haqqında daha ətraflı məlumatı təqdim edirik.
D.Ağayeva 1972-ci ilin 12 yanvarında Xocalı şəhərində anadan olub. Xocalı faciəsi baş verən zaman onun 20 yaşı var idi.
Faciəyə qədər Xocalı rabitə qovşağında telefonçu işləyən Dürdanə xanımın həyatı fevralın 25-dən 26-na keçən gecə dəyişib.
Şəhərə edilən hücum zamanı yaxınlıqdakı Çətik meşəsinə qaçan əliyalın sakinlər arasında o da var idi. 20 yaşlı Dürdanə Çingiz Mustafayevin Xocalı qurbanlarını çəkdiyi yerdə yaralanaraq qardaşı Eldarla birgə əsir götürülüb.
Ayağından güllə yarası alan Dürdanə 8 gün erməni zindanında olmazın işgəncə və təhqirlərə məruz qalıb. Əsirlikdə olarkən ermənilər onu 7-8 saat soyuq suda saxlayıv, zəncirlə, kəmərlə, dubinka ilə döyüb, əllərini qapının arasında qoyaraq sıxıb, ona növbənöv işgəncə veriblər.
Başına gələn müsibətlərə baxmayaraq D.Ağayeva əsirlər geri qaytarılanda qardaşına görə gizlənərək ermənilərin əlində qalmağı seçib.
Bütün bunlara baxmayaraq D.Ağayeva Ölkə.Az-a müsahibəsində peşman olmadığını demişdi:
“Bu gün də orada qaldığım üçün peşman deyiləm. Bir dəfə də olsun deməmişəm ki, kaş mən rabitəçi olmazdım, kaş Xocalıdan olmazdım, əsir düşməzdim. Bu gün də fəxr edirəm ki, mən rabitəçi olmuşam və Xocalının son günlərinə qədər orada yaşamışam. Mən xoşbəxt bacıyam ki, işgəncələrə, təhqirlərə, sağlamlığımı itirməyimə baxmayaraq qardaşımı əsirlikdən çıxara bildim”.
Onun əsirlikdən xilas olmağı Milli Qəhrəman Allahverdi Bağırovun sayəsində baş tutub. D.Ağayevanın sözlərinə görə, A. Bağırov onları bir gecənin içərisində benzinə, siqaretə geri almışdı:
“Əsgərandakı həmin zirzəmidə 50-60-a yaxın qadın və uşaq vardı. Mən orada qardaşıma görə gizlənib tək qalmışdım. Dəqiq xatırlamıram, deyilənə görə, mən əsirlikdən xilas ediləndə martın 4-ü olub. Tarixlə bağlı xatırladığım odur ki, həmin il fevral 29-dan idi”.
Əsirlikdən sonra psixoloji problemlərim yaranan D.Ağayeva bütün çətinliklərə baxmayaraq ayağa qalxmağı bacara bilib. O, Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında fəal iştirak edib, “Erməni zindanında 8 gün adlı” kitab da yazıb.
Bütün həyatını çətinliklərlə keçirən və müxtəlif xəstəliklərlə mübarizə aparan D.Ağayevanın ən böyük arsuzu Xocalını azad görmək idi. Xəstəliyinin ağır dönəmində Xocalının alınması xəbərini eşidəndə sevincindən donub qaldığını demişdi:
“Yol gedirdim. Qızım dedi ki, Xocalı alınıb. Dedim, ola bilməz. Ordumuzun Xocalıda olduğunu əks etdirən şəkli göstərdi. Dondum, nə ağlaya, nə də gülə bildim, heykələ döndüm”.
Tehsil-press.az