Xəbər verdiyimiz kimi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli xüsusi ittiham qaydasında məhkəməyə verilib.
Bu barədə sosial şəbəkə hesabında paylaşım edən AXCP sədri bildirib ki, elektron məhkəmə portalında şikayətçinin kimliyi göstərilməyib. Kərimliyə qarşı Cinayət Məcəlləsinin siyasi rəqiblərə qarşı tez-tez istifadə olunan böhtan (147-ci maddə) və təhqir (148-ci maddə) maddələri üzrə ittihamlar irəli sürüldüyü deyilir.
Maraqlıdır, iddialar sübutə yetirilərsə, partiya sədrini hansı cəza gözləyir?
Mövzu ilə bağlı danışan hüquqşunas Ramil Süleymanov aşağıdakıları deyib:
“İddialar sübuta yetirilərsə, hər iki maddəyə görə ayrı-ayrılıqda Əli Kərimli 1000 manatdan 1500 manata qədər cərimə və ya 6 aylıq azadlıqdan məhrumetmə cəzası ilə həbs edilə bilər. Bundan başqa o, qarşı tərəfi ağır cinayətlərdə ittiham edirsə, onu 3 ilə qədər azadlıqdan məhrum edilmə cəzası gözləyir”./KONKRET.az/
Tehsil-press.az