Yeni fərman işəgötürənlərin işini çətinləşdirəcək - Bu proses artıq ELEKTRON OLACAQ

Yeni fərman işəgötürənlərin işini çətinləşdirəcək - Bu proses artıq ELEKTRON OLACAQ Azərbaycanda əmək müqaviləsi bildirişi ləğv olunur. Bundan sonra əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlanacaq.

Bu, prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Əmək Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında çalışan, eləcə də, əmək müqavilələrinə 2014-cü il iyulun birinədək xitam verilmiş işçilərin əmək stajı onların əmək kitabçası əsasında müəyyən ediləcək.

Hüquqşünas Ramil Süleymanov Referans.az-a açıqlamasında bu fərmanın ölkəyə gətirəcəyi yeniliklərdən danışıb.

“Bu fərmanın əsas məqsədi ölkədə rəqəmsal xidmətlərin genişləndirilməsi və bununla bağlı əmək münasibətlərini rəqəmsallaşdırılmasıdır. Qeyd edim ki, ümumiyyətlə, Əmək və əhalinin sosial müdafiəsi nazirliyində əksər xidmətlər elektronlaşdırılıb. Vətəndaşlar artıq uzun-uzadı sənədlər təqdim etmirlər, müəyyən yerlərdən arayış alıb gətirməyə ehtiyac olmur və s. Bu səbəbdən Əmək və əhalinin sosial müdafiəsi nazirliyində “Əmək və Məşğulluq Alt Sistemi” - ƏMAS yaradılıb. Bu, xidmətlərin, islahatların davamı idi. Burada əsas məsələ odur ki, dünənə qədər kağız daşıyıcıda əmək müqavilələri imzalanırdısa, bundan sonra konkret olaraq bütün xidmətlər, işəgötürənlə işçi arasında olan büütün əmək müqavilələri, əmək müqavilələri, əmək müqavilələrinə xitam verilməsi barədə ərizələr, eyni zamanda vakansiyaların yaradılması elektron sistem üzərindən aparılacaq”.

Hüquqşünas bildirib ki, təkcə əmək müqaviləsi deyil, yeni fərmanla bir çox işlə bağlı proseslər öz elektron həllini tapacaq.

“İşçilərin məzuniyyətə çıxması, məzuniyyətlərin qabaqcadan işçilər arasında bölünməsi də elektron sistemdə görünəcək. Bundan başqa fərmanın faydası odur ki, bir sıra qanunvericilik aktları təkmilləşdirilir. Belə ki, artıq işçilərin hüquqları daha yaxşı qorunacaq, eyni zamanda şəxslərin məşğulluq imkanları daha da artırılacaq”.

Tehsil-press.az

Oxşar xəbərlər