Leyla Əliyevadan həmin atla bağlı tapşırıq

Leyla Əliyevadan həmin atla bağlı tapşırıq Son günlərdə sosial şəbəkələrdə Qız qalası yaxınlığından Azneft meydanı istiqamətində turist daşımaq üçün istifadə edilən fayton atının baxımsız qalması ilə bağlı məlumatlar yayılmışdı.

Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın göstərişi ilə həmin ayaqları zədələnmiş fayton atı qayğı tədbirləri üçün reabilitasiyaya cəlb olunub.

Qeyd edək ki, at xüsusi nəqliyyat vasitəsi ilə IDEA Heyvanlara Qayğı Mərkəzinə gətirilib, burada ilkin baytarlıq müayinəsindən keçirilib və ona təyin olunmuş müalicəyə başlanılıb. Hazırda atın həyatına hər hansı təhlükə yoxdur. Mərkəzdə baxımsız qalmış atın tam sağalması üçün zəruri baytarlıq tədbirləri davam etdiriləcək.

Leyla Əliyevadan həmin atla bağlı tapşırıq
Leyla Əliyevadan həmin atla bağlı tapşırıq


Tehsil-press.az

Oxşar xəbərlər