Coşqun oynadı, komandası liderliyə yüksəldi

Coşqun oynadı, komandası liderliyə yüksəldi Türkiyə 1-ci liqasında 2-ci turun oyunları davam edir.

Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Coşqun Diniyevin komandası da növbəti matçını keçirib.

Onun çıxış etdiyi "Bandırmaspor" səfərdə "Keçiörengücü"nün qonağı olub.

Coşqunun komandası əzmkar qələbəyə sevinib. Startda hesabda geri düşən "Bandırmaspor" sonradan 2 qol vuraraq, çətin qələbə qazanıb.

Start heyətində yer alan Diniyev 55-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, mövsümə 2 qələbə ilə başlayan "Bandırmaspor" azı bir günlük lider mövqeyinə yüksəlib.

Tehsil-press.az

Oxşar xəbərlər