“Ali təhsilli müəllim əri tərəfindən zorakılığa məruz qalıb”.
Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova sosial şəbəkə hesabında məlumat verib.
O bildirib ki, hazırda sığınacaqda olan xanıma psixoloji yardım göstərilir:
“Vəkilimiz onun hüquqlarını qoruyacaq. Bütün bədəni bu vəziyyətdə olan xanımın ərinə qarşı tezliklə ciddi tədbirlərin görüləcəyinə inanırıq”.
Məsələ ilə bağlı DİN-in mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, Sabirabad rayonunda həyat yoldaşı tərəfindən zorakılığa məruz qalan qadın bu barədə polisə məlumat verib.
Onun izahatı alınıb və polis əməkdaşları tərəfindən sığınacağa yerləşdirilməsi təmin edilib.
Zərərçəkən şəxs xəsarətlərinin dərəcəsinin təyin edilməsi üçün ekspertizaya göndərilib. Hadisəyə hüquqi qiymətin verilməsi və qadına zorakılıq etdiyi iddia olunan həyat yoldaşının ifadəsinin alınması, eləcə də digər zəruri prosessual hərəkətlərin həyata keçirilməsi istiqamətində araşdırmalar davam etdirilir (qafqazinfo).
Tehsil-press.az