Bir neçə gün əvvəl Azərbaycanda qadınlar arasında keçirilən sorğunun nəticələri ictimaiyyət arasında təəccübə səbəb olmuşdu.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin apardığı sorğu nəticəsində məlum olub ki, qadınların 24.3%-i ərindən icazəsiz harasa getdikdə, 18.9%-i uşaqlarına nəzarət etmədikdə, 13.6%-i əri ilə mübahisə etdikdə, 8%-i cinsi əlaqədən imtina etdikdə, 5%-i isə xörəyi yandırdıqda arvadın döyülməsini haqlı sayır. Ümumilikdə isə rəyi soruşulanların təxminən 28%-i qeyd olunan səbəblərdən heç olmasa birinə görə ərin arvadını döyməsini düzgün sayır.
Tehsil-press.az mövzunun aktuallığını nəzərə alaraq ərləri tərəfindən zorakılığa məruz qalaraq “Təmiz Dünya” İctimai Birliyinə sığınan qadınlarla görüşüb. Onların döyülməyi haqlı sayıb saymadığı ilə maraqlanıb. Hansı məqamdan sonra zorakılığa son qoyduqlarını öyrənib.
Bizimlə söhbətləşən 3 qadının hər birinin ağrılı həyat hekayəsi var və ərləri tərəfindən də dəfələrlə döyüldükləri üçün ailələrindən ayrılmaq qərarına gəliblər.
Bərdə rayon sakini Xurşudova Elnaz ailə qurduğu 11 il ərzində 6 uşaq dünyaya gətirib. Onlardan biri əlindən alınaraq başqa ailəyə satılıb, iki oğlan uşağı ataları tərəfindən anasından alınıb. Hazırda 3 qızı ilə birlikdə sığınacaqda yaşayır. Onun əsas istəyi əlindən alınaraq satılmış qız övladının geri qaytarmaqdır. Elnaz elə bunun üçün hələ də hüquqi müstəvidə mübarizə aparır.
Masallı sakini Ağayeva Rüfanə ərinin başqa qadından nikahdankənar doğulan uşağına baxılmasına məcbur edilib və əvəzində iki doğma qızı ata qayğısından kənarda qalıb, Rüfanə hər gün döyülüb.
Adının açıqlanmasını istəməyən digər Masallı sakini olan həmsöhbətimiz isə həyat yoldaşının narkotik aludəçisi olmağının qurbanına çevrilib.
Tehsil-press.az 3 fərqli qadının taleyi ilə bağlı hazırladığı videosüjeti təqdim edir:
Tehsil-press.az