Sürücülər arasında belə bir yanlış fikir yayılıb ki, avtomatik transmissiyalarda "P" ("parking") rejimi dayanacaq əyləcini əvəz edir. Bu fikir səhvdir və avtomobilin zədələnməsinə səbəb ola bilər.
Oxu.Az-ın carsweek.ru-ya istinadla məlumatına görə, bu barədə ekspertlər xəbərdarlıq ediblər.
Bildirilib ki, "P" rejimi avtomobilin hərəkətinin qarşısını almaq üçün həlledici əhəmiyyət daşısa da, o, xüsusilə müəyyən şəraitdə əl dayanacaq əyləcindən istifadə etmək zərurətini aradan qaldırmır.
"P" rejimi transmissiyada çıxış valını bloklayaraq işləyir. Bu bloklama mexanizmi dişli çarx və metal ştiftdən (ilişərək valı hərəkətsiz edir və avtomobili hərəkətsiz vəziyyətdə saxlayır) ibarətdir. Baxmayaraq ki, "P" rejimi avtomobil düz səthdə olarkən effektivdir, ancaq yamacların səbəb olduğu əlavə yüklənmə üçün nəzərdə tutulmayıb", - deyə ekspertlər qeyd ediblər.
Mütəxəssislər dayanacaq əyləcinin isə əksinə, əyləc qəliblərini təkərlərə sıxmaqla işlədiyini vurğulayaraq, bunun da avtomobilin daha etibarlı və möhkəm şəkildə sabitlənməsini təmin etdiyini deyiblər.
Onların sözlərinə görə, bu sistem "P" rejimində istifadə olunan mexaniki kiliddən daha az aşınmaya məruz qalır.
"Xüsusilə yamaclarda dayanacaq əyləcindən istifadə etməmək ötürmələr qutusunun bloklama mexanizminə həddindən artıq təzyiq yarada bilər. Zaman keçdikcə bu təzyiq sürətlənmiş aşınmaya və bahalı təmirə səbəb ola bilər", - deyə ekspertlər vurğulayıblar.
Onların sözlərinə görə, transmissiyanın uzunömürlülüyünü təmin etmək və zədələnmələrin qarşısını almaq üçün "P" rejiminə keçməklə yanaşı, dayanacaq əyləcindən istifadə etmək tövsiyə olunur.
"Maili səthə park edərkən avtomobilin hərəkətsiz qalması məqsədilə əyləc pedalını basmaq, dayanacaq əyləcini qoşmaq, əyləc pedalını buraxmaq və sonra "P" rejiminə keçmək lazımdır. Hərəkətlərin bu ardıcıllığı avtomobilin çəkisini daha bərabər paylamağa və transmissiyaya düşən yükü azaltmağa kömək edir.
Növbəti hərəkətə hazırlaşarkən əyləc pedalını basmaq, dayanacaq əyləcini söndürmək, "P" rejimindən "D" (drive) rejiminə keçmək və sonra hərəkətə başlamaq üçün əyləc pedalını buraxmaq lazımdır", - deyə mütəxəssislər tövsiyələrini bildiriblər.
Tehsil-press.az