BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası

BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının 2024/2025-ci tədris ilində ilk iclası keçirilib.

İclasda 2024/2025-ci tədris ilinin payız semestrində tədrisin təşkili, bakalavriatura və magistratura səviyyələri üzrə BDU-ya və Universitetin nəzdində “Gənc istedadlar” liseyinə qəbulun nəticələri müzakirə edilib.

Qeyd olunub ki, 10 sentyabr 2024-cü il tarixinə qədər bakalavriatura səviyyəsi üzrə BDU-ya qəbul olan 5410 nəfər elektron qeydiyyatdan keçib. Qəbul olan tələbələrin 74 faizi dövlət sifarisi əsasında təhsil alacaq. Bu tədris ilində 600-dən çox bal toplayaraq BDU-ya qəbul olunanların sayı 536 nəfər təşkil edib. Bu, keçən ilə nisbətən iki dəfə artım deməkdir. Magistratura səviyyəsi üzrə BDU-ya qəbul olanların isə 68 faizi dövlət sifarişi əsasında təhsil alacaq.

İclasda bildirilib ki, “Gənc istedadlar” liseyinə qəbul imtahanlarında iştirak etmək üçün 2533 nəfər müraciət edib. Qəbul imtahanının nəticələrinə əsasən, Azərbaycan bölməsi üzrə 100, rus bölməsi üzrə isə 50 nəfər liseydə təhsil almaq hüququ qazanıb.

Daha sonra cari məsələlərə baxılıb.

Tehsil-press.az

Oxşar xəbərlər