Qəbul imtahanlarında “Gənc istedadlar” liseyinin 12 şagirdi 600-dən yuxarı bal toplayıb

Qəbul imtahanlarında “Gənc istedadlar” liseyinin 12 şagirdi 600-dən yuxarı bal toplayıb Bakı Dövlət Universitetinin (BDU) Elmi şurasının növbəti iclası keçirilib.
İclasda yaz semestrinin imtahan sessiyasına hazırlıqla bağlı tapşırıqlar verilib, qanunvericiliyə uyğun olaraq bakalavriat və magistratura səviyyələri üzrə Yekun Dövlət Attestasiyasının təşkili haqqında qərar qəbul olunub.
Daha sonra BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 2021-ci il üzrə hesabatı dinlənilib. Liseyin direktoru Arif Bağırov qeyd edib ki, ötən il təhsil müəssisəsində 31 sinif komplektində 622 şagird təhsil alıb. Onların tədrisi ilə 76 müəllim məşğul olub. Ötən il liseyin XI sinfini 50 nəfər bitirib. Buraxılış imtahanlarında 32 nəfər 200-dən yuxarı bal toplayıb. Buraxılış imtahanına görə liseyin orta bal göstəricisi 223 bal olub. Qəbul imtahanlarında liseyin 12 şagirdi 600-dən yuxarı bal toplayıb. Ötən il lisey məzunlarının 7-si fərqlənmə attestatına, 9 nəfəri “qızıl” , 2 nəfəri isə “gümüş” nişana layiq görülüb, bu, respublika üzrə üçüncü nəticədir. Məzunların hamısı respublika və xarici ölkələrin ali məktəblərinə qəbul olunub.
İclasda BDU-nun Antiplagiat Komissiyasının 2021-ci il üzrə hesabatı da dinlənilib. Komissiyanın rəhbəri Kəmalə Alışeva bildirib ki, ötən il Komissiya tərəfindən 306 iş yoxlanılıb. Onların 127-si fəlsəfə doktoru dissertasiyası, 82-si dərs vəsaiti, 30-u monoqrafiya, 29-u dərslik, 27-si elmlər doktoru dissertasiyası, 8-i tədris-metodiki vəsait, 4-ü konfrans materialı, 2-si jurnal olub.
Sonda cari məsələlərə baxılıb.

Tehsil-press.az


Oxşar xəbərlər