Qiymətində 6 manat artım oldu, yenə bahalaşacaq… – Nə etməli?

Qiymətində 6 manat artım oldu, yenə bahalaşacaq… – Nə etməli? Son günlər kərə yağının 3-6 manat aralığında bahalaşdığı iddia edilir. Sirr deyil ki, bahalaşan yalnız kərə yağı deyil, bir çox məhsulda qiymət artımı müşahidə edilir. Bu isə ictimaiyyətdə haqlı narazılıqlar yaradır.

Bəs, bahalaşmanın səbəbi nədir və qarşısı necə alınmalıdır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan sabiq deputat, iqtisadçı Vahid Əhmədov deyib ki, ümumi məhsullarda qiymət artımı müşahidə edilsə də, bəzi qidalar ucuzlaşıb.

O, avqustun ilk gününə inflyasiya göstəricilərinin 1.3 faiz olduğunu deyib:

“Xüsusilə ərzaq məhsulları – yağ, düyü, qənd, çay və s. kəskin bahalaşıb. Bahalaşmanın əsas səbəbi nədir? Çünki bunlar xarici ölkədən idxal olunur. Bunun qarşısı alınmalıdır.

Prezident İlham Əliyev Antiinhisar Komitəsinə böyük səlahiyyətlər verdi və öz tabeçiliyinə götürdü. İndi bu qurum ciddi monitorinq aparmalıdır. Bahalaşma uzun müddət davam edə bilməz. Qida məhsulları bu qədər baha olmamalıdır”.

V.Əhmədov bahalaşmanın qarşısını almağın mümkün olduğunu qeyd edib:

“İdxal strukturunda dəyişiklik etmək lazımdır. Hansı məhsulları ki xaricdən idxal edirik, çalışıb, müəyyən hissəsini Azərbaycanda istehsal etməliyik. Bunun üçün də ölkəmizdə istehsal sahələrinin yaradılmasına çox böyük ehtiyac var. Bunu etməyə vəsaitimiz var, xaricilər yatırım edirlər, Azərbaycanın özünü daxili investisiyası da çoxdur. Burada müəyyən qədər işləmək tələb olunur. Bilirsiniz, var süni qiymət artımı, var təbii artım. Süni qiymət artımı olduqca yüksəkdir. Onun da qarşısını yalnız aidiyyəti qurumlar ala bilər”.

Tehsil-press.az

Oxşar xəbərlər