Ötən gün Bakıda Turan Araşdırmaları Mərkəzinin dəstəyi ilə “Vətən” dərgisinin təsis etdiyi “Persona Grata” döş nişanının təltifetmə mərasimi keçirilmişdir. 1918-ci ilin sentyabrın 15-də Qafqaz İslam Ordusu tərəfindən Bakının qurtuluşu ərəfəsinə təsadüf edən, paytaxtın “İmperator” restoranının konfrans salonunda düzənlənmiş tədbirdə Azərbaycandan və xarici ölkələrdən dəvət olunmuş elm, mədəniyyət, incəsənət xadimləri və media nümayəndələri iştirak etmişdir.
Mərasimi giriş sözü ilə açan “Vətən” dərgisinin baş redaktoru, iqtisad üzrə fəlsəfə doktoru Namik Murad tədbir iştirakçılarını salamladı. O, 2002---2007-ci illərdə Rusiyada yayınlanan “Vətən” qəzeti, habelə onun davamı olaraq bu il yenidən nəşrə başlayan eyni adlı dərginin təsis etdiyi “Persona Grata” fəxri döş nişanı haqqında ətraflı məlumat verdi.
Məruzədə o da qeyd olundu ki, “Persona Grata” döş nişanı ildə bir dəfə, “Vətən” dərgisi redaksiya heyətinin qərarı ilə üç nominasiya üzrə - humanitar elmlər, dəqiq elmlər və incəsənət sahəsində müstəsna xidmətləri olan və Azərbaycanı xarici ölkələrdə layiqincə tanıdan şəxslərə verilir.
Namik Murad daha sonra laureatlara - respublikanın əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Tofiq Məlikliyə, Nobel Sülh Mükafatı laureatı, MAGATE-nin əməkdaşı fəlsəfə doktoru Bəxtiyar Siracova və rəngkarlıqda "Opalizm" üslubunun banisi, Azərbaycanın Xalq rəssamı, professor Sakit Məmmədova fəxri döş nişanlarını və vəsiqələri təqdim etdi.
Mərasimdə çıxış edən Bakı Dövlət Universitetinin professoru Vaqif Sultanlı, Bakı Slavyan Universitetinin professoru Nuridə Novruzova, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin baş məsləhətçisi Rauf Məmmədov, Rusiya Yazıçılar Birliyinin üzvü, şair Eldar Əhədov, "Şərq-Qərb" nəşriyyatının direktoru Sevil İsmayılova, Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti Akif Hacıyev laureatları təbrik etdi, Azərbaycanın xarici ölkələrdə imicinin formalaşmasında elmin, mədəniyyətin, mətbuatın rolundan, milli birlik ideyalarından söhbət açdılar.
Tədbirin sonunda "Persona Grata" fəxri döş nişanına layiq görülən Tofiq Məlikli, Bəxtiyar Siracov və Sakit Məmmədov onlara göstərilən etimada görə "Vətən" dərgisinin redaksiya heyətinə, habelə barələrində xoş və səmimi sözlər deyən mərasim iştirakçılarına öz dərin minnətdarlıqlarını bildirdilər.
Tehsil-press.az