Rusiyanın Moldovadakı səfirliyinin əməkdaşı persona non-qrata elan edildi

Rusiyanın Moldovadakı səfirliyinin əməkdaşı persona non-qrata elan edildi Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov diplomatik missiyanın əməkdaşlarından birinin persona non-qrata elan edilməsi barədə bildiriş alıb.

Bu barədə Moldova Xarici İşlər Nazirliyinin Teleqram kanalında məlumat verilib.

“Rusiya Federasiyasının səfirinə rəsmi məlumat verilib ki, səfirlik əməkdaşlarından biri Moldova Respublikası ərazisində persona non-qrata elan edilib və ölkəni tərk etməlidir”, – məlumatda deyilir.

Bundan əvvəl bildirilib ki, martın 19-da Vasnetsov Dnestryanıda Rusiya prezident seçkiləri üçün seçki məntəqələrinin açılması ilə əlaqədar Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər