Azərbaycan Texniki Universiteti ilə “Okuklu İnşaat” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Texniki Universiteti ilə “Okuklu İnşaat” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb Azərbaycan Texniki Universiteti (AzTU) ilə “Okuklu İnşaat” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi rektor Vilayət Vəliyev və şirkətin baş direktoru Yılmaz Okuklu imzalayıblar.
Memoranduma əsasən, universitetin müxtəlif fakültələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrinin şirkətdə istehsalat təcrübəsinə cəlb edilməsi və daxili müsabiqə əsasında işə qəbulu həyata keçiriləcək.
Əməkdaşlıq çərçivəsində birgə elmi-tədqiqat laboratoriyalarının və konstruksiya bürolarının yaradılması, tələbələrin startap layihələrinin reallaşdırılması üçün maliyyə vəsaitlərinin və investisiyaların cəlb edilməsi də nəzərdə tutulur.

Tehsil-press.az

Oxşar xəbərlər