"Qarabağ və Şərqi Zəngəzur gündən-günə dirçəlir, çiçəklənir və öz sakinlərinə qucaq açır. Biz uzun illərin həsrətindən sonra çox şərəfli və qürurlu hadisələrə şahidlik edirik. Mənliyimizi bizə qaytaran çox böyük nailiyyətlərə xalq olaraq imza atmışıq".
Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.
O, 2020-ci ilin setyabrında 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabr ayının 19-20-də davam edən antiterror tədbirlərindən sonra Azərbaycanın suverenliyinin bütün ərazilərində tam bərpa edildiyini xatırladıb.
Deputat söyləyib ki, artıq Azərbaycan xalqı olduğu istənilən yerdə, istənilən kürsüdə və istənilən tribunada qürurla danışır: “Çünki 30 illik müddət ərzində ölkənin beşdə bir hissəsi işğal altında olduğundan sanki bir natamamlıq var idi. Azərbaycanın Vətən müharibəsində yaratdığı reallıqlardan sonra artıq dünya bizimlə hesablaşmağa məcbur olub. Bütün bunlara müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında nail olmuşuq. Məhz bu proseslərin nəticəsi olaraq bu gün Qarabağa və Şərqi Zəngəzura keçmiş məcburi köçkünlərin layiqli və təhlükəsiz qayıdışı baş verir. Burada olduqca vacib məsələ onların təhlükəsiz şəkildə həmin ərazilərə geri qayıdışının təmin olunmasıdır. Çünki ermənilər bizdə çox ağrılı bir miras qoyublar. Onların Azərbaycana qarşı mina terroru bu gün də davam edir. Azərbaycana qarşı Ermənistanın işğalçılıq siyasəti bu və ya digər formada özünü büruzə verir ki, mina təhlükəsi də onlardan biridir. Ermənistan minaların dəqiq yerini özündə əks etdirən xəritələri vermək istəmir. İndiyədək verilən xəritələrin də həqiqətə uyğunluğu heç 20-25% təşkil etmir. Buna baxmayaraq, Azərbaycan həmin əraziləri minalardan təmizləyir, orada böyük bərpa və quruculuq işləri həyata keçirir, tamamilə məhv edilmiş yeni coğrafi bir areal qurur. Dəfələrlə bu barədə danışılıb, müqayisələr aparılıb. Bir çox kiçik dövlətlərin ərazisi qədər olan bir yerdə qısa bir müddətdə bərpa-quruculuq işlərinin aparılması, minalardan təmizlənməsi, infrastrukturun qurulması, yolların inşa edilməsi, qəsəbələrin salınması, şəhərlərin qaldırılması, elektrik stansiyalarının qurulması, su resurslarının düzgün bölüşdürülməsi, flora və faunanın dirçəldilməsi istiqamətində həyata keçirilən işlər, həqiqətən də təqdirdəlayiqdir. Son 3-4 il ərzində miqyasına görə görülən bu işlərin dünyada tayı-bərabəri yoxdur. Amma Azərbaycan o nümunələri dünyaya, dünyanın mütərəqqi qüvvələrinə də nümayiş etdirmiş olur”.
Artıq keçmiş məcburi köçkünlərin geriyə köçünün başladığını xatırladan deputat söyləyib ki, yaxın bir neçə il ərzində onların sayının 200 mindən artıq olacağı qeyd olunur və bu istiqamətdə də işlər daha intensiv xarakter alır: “Əvvəlki aylarda, illərdə həmin ərazilərimizdə bu proses bir qədər ləng gedirdi. Həmin ərazilərimizin təhlükəsizlik məsələsi, orada məskunlaşan şəxslərin məşğulluğu, eyni zamanda orada infrastrukturun, bağça, məktəb və digər təhsil ocaqlarının qurulması bu prosesə təsir göstərirdi. Bütün bu işlərin addımbadım təhlükəsiz görülməsi müəyyən vaxt tələb edirdi. Artıq bir çox proseslər daha intensiv xarakter alır. Çünki artıq oturuşmuş bir sistemimiz, mövcud infrastrukturumuz var, insanların qayıdışı daha sistemli, daha proqramlı şəkildə baş verir. Bu istiqamətdə də atacağımız addımlar həm ekspansiv, həm də intensiv xarakter alacaq. Azərbaycanın bir çox yerlərində məskunlaşmış keçmiş məcburi köçkünlər artıq ümidlə növbələrinin çatacağını gözləyirlər. Bu gün biz bir vətəndaş olaraq çox böyük qürur hissi ilə danışa bilirik ki, artıq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarımızda həyat qayıdıb və bu həyat gündən-günə dirçəlir, inkişaf edir. Təbii ki, bunun əsasını məhz bizim Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında həyata keçirilən dövlət siyasəti təşkil edir. Bu nailiyyətə imza atmağımıza səbəb olan 44 günlük Vətən müharibəsini – Zəfər savaşını biz qeyd etməliyik. Sonrakı mərhələlərdə separatçı rejimin qalıqlarına son qoyulması ilə bağlı dövlətimizin müvafiq strukturlarının atdığı addımlar nəticəsində əldə olunan nəticələr bunu deməyə əsas verir ki, artıq biz tamamilə yeni bir dövrə, postmünaqişə dövrünə qədəm qoymuşuq”.
A.Allahverənov vurğulayıb ki, artıq Azərbaycan yeni çağırışlar astanasındadır və bu gün o çağırışları uğurla həyata keçirməkdədir: “Bu uğurların əldə olunması həm də yeni geosiyasi konfiqurasiyanın, mənzərərinin və bu proseslərdə Azərbaycanın özünün layiqli və etibarlı tərəfdaş kimi beynəlxalq münasibətlər sistemində mühüm yer tutmasını şərtlərindirən amillərdən biridir. Dünənə qədər biz ölkənin beşdə biri işğal altında olan bir dövlətin təmsilçiləri idik, bu gün artıq konstitusyon rejimi bütün ərazilərində bərpa olunmuş, separatçılığa son qoymuş bir ökənin vətəndaşlarıyıq. Bu gün bir çox dövlətlər separatçılıqdan əziyət çəkirlər. Amma Azərbaycan separatçılığa son qoymaqla, o terror yuvasını, o terror rejimini dağıtmaqla Qarabağımızı tam işğaldan azad etdi və bu gün də çox sürətlə reallaşan bir inkişaf strategiyasını icra etməkdədir. Bu prosesdə bizə dəstək olan ölkələr də var. Dost və qardaş respublikalar məktəb tikmək və digər məsələlərdə bizə səmərəliliklərini nümayiş etdirmiş olurlar. Özbəkistandan, Qazaxıstandan və qardaş Türkiyə həm siyasi, həm də digər sahələrdə bu prosesə dəstək göstərirlər. Dünyanın bir sıra Avropa ölkələri, xüsusilə də İtaliya və başqaları həmin bərpa-quruculuq işlərində öz şirkətləri vasitəsilə təmsil olunurlar. Azərbaycanın sifarişi əsasında bir çox vacib layihələr həyata keçirirlər ki, bu da onların yenə də ölkəmizin etibarlı tərəfdaşı olduğunu göstərən vacib elementlərdən biridir”.
Tehsil-press.az