Məşhur Məmmədov: “Yaşadığımız qalibiyyət ölkə başçısının uzunmüddətli və gərgin əməyinin nəticəsidir”
44 günlük Vətən müharibəsində qalib gələn və tarixi zəfərə imza atan Azərbaycan Türkiyə ilə hərbi əməkdaşlğı genişləndirməkdə, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə regional əhəmiyyətli iqtisadi layihələr həyata keçirməkdədir.
Maraqlıdır, Vətən müharibəsi nəticəsində əldə edilən tarixi zəfər və zəfərin ardınca Qarabağda həyata keçirilən layihələr, dünyanın qabaqcıl dövlətlərinin bir çoxunun bu layihələrdə iştirakı dövlətimizn beynəlxalq aləmdəki nüfuzuna nə vəd edir?
Millət vəkili Məşhur Məmmədov bildirib ki, Vətən müharibəsində əldə edilən qalibiyyət Azərbaycanın dünyadakı nüfuzuna öz müsbət təsirini göstərməkdədir:
“Reallıq bundan ibarətdir ki, dünya hər zaman qalibin səsini eşidir və bu gün bu qalib Azərbaycandır. Azərbaycan 44 günlük Vətən müharibəsində işğalçını darmadağın edərək bütün dünyaya göstərdi ki, o, öz sərhədlərini qorumağa, öz xalqının təhlükəsizliyini təmin etməyə qadirdir.
Bu qalibiyyət Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun daha da yüksəlməsinə səbəb oldu. İşğaldan azad edilən ərazilərdə həhata keçirilən və keçiriləcək layihələr dövlətimizin nüfuzunu daha da artıracaq, onun gücünə yeni güc qatacaq.
44 günlük Vətən müharibəsində yaşadığımız qalibiyyət, əldə etdiyimiz böyük zəfər ölkə başçısının uzunmüddətli əməyinin nəticəsidir. Çünki son 17 il ərzində ölkə başçısı Azərbaycan ordusunun gücləndirmək, onu qalibiyyətli savaşa hazırlamaq, xalqımızın haqq səsini dünyaya çatdırmaq istiqamətində gərgin iş aparıb, böyük əmək sərf edib. Məhz bu böyük zəhmətin, bu gərgin əməyin nəticəsində Azərbaycan Vətən müharibəsində qalibiyyət əldə etdi, ərazi bütövlüyünü təmin etdi.
İndi bizim qarşımızda yeni mərhələ - işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işlərinin həyata keçirilməsi prosesi dayanır. Hər kəs əmin ola bilər ki, Azərbaycan bu böyük, şərəfli missiyanın öhdəsindən də uğurla gələcək, Qarabağ sadəcə regionun deyil, bütün dünyanın ən gözəl, ən inkişaf etmiş bölgələrindən birinə çevirəcək”.
Seymur ƏLİYEV