Azərbaycan florası üçün yeni növ

Azərbaycan florası üçün yeni növ AR ETN Botanika İnstitutunun baş direktoru, Etnobotanika laboratoriyasının müdiri, professor Səyyarə İbadullayeva və Ali bitkilərin ekologiyası və coğrafiyası laboratoriyasının müdiri, dosent Elman Yusifov və dosent Vüqar Kərimovun həmmüəllifi olduğu “Psephellus paucilobus (Asteraceae), a new species to the flora of Azerbaijan” (“Psephellus paucilobus (Asteraceae), Azərbaycan florası üçün yeni növ) adlı elmi məqalə nüfuzlu “Ботанический Журнал”da çap olunub.

Məqalədə Azərbaycan florası üçün yeni növ Psephellus paucilobus barədə məlumat əks olunub. Psephellus paucilobius çoxillik ot bitkisidir. Bu bitki Azərbaycan florası üçün ilk dəfə olaraq Böyük Qafqazın şərq hissəsində, Quba rayonunun Qrız-Dəhnə kəndi ətrafında subalp qurşağın bitkiliyinin tərkibində qeydə alınmışdır. Növün təyinatı zamanı mütəxəssislər tərəfindən Qafqazın endemik növü, eyni zamanda Azərbaycanın subendemik növü kimi təsdiqlənib və beləliklə, Azərbaycanın milli endemiklərinin sayına daha bir növ əlavə olunub.

Qeyd etmək lazımdır ki, bu növ Dağıstanın endemik bitkiləri siyahısındadır.

Tehsil-press.az

Oxşar xəbərlər