Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin müəllim və tələbələri Heydər Əliyev Fondunun dəstəyi, “Regional İnkişaf” İctimai Birliyi və Neftçala rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, dosent Qüdsiyyə Qəmbərovanın təşəbbüsü ilə keçirilən “AZLİNQ 2024 - Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” adlı beynəlxalq elmi konfransda iştirak ediblər.
Fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini, filologiya üzrə fəlsəfə doktoru Anar Fərəcov, Türkologiya kafedrasının dosenti, filologiya elmləri doktoru Qızılgül Abdullayeva, Azərbaycan dilçiliyi kafedrasının əməkdaşları – professor Zemfira Şahbazova, dosent Fikrət Əlizadə və baş müəllim Təranə İsmayıl, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Rəhilə Quliyeva, “Türkoloji araşdırmalar” elmi-tədqiqat laboratoriyasının elmi işçiləri – filologiya üzrə fəlsəfə doktoru Ramil Bayramov və Pərvin Eyvazov, Tələbə Elmi Cəmiyyətinin üzvləri Vüsalə Rizvanova və Məlahət Cəlilova Azərbaycan dilçiliyi və türkologiyanın aktual məsələlərinə həsr olunmuş məruzələrlə çıxış ediblər.
Filologiya elmləri doktoru Qızılgül Abdullayeva, konfransın elmi heyətinin üzvləri Ramil Bayramov və Pərvin Eyvazov panel iclaslarına moderatorluq ediblər. Konfransın sonunda BDU təmsilçiləri sertifikatla təltif olunublar.
Tehsil-press.az