Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının 29-cu İqlim Dəyişmələri Konfransına (COP29) sədrliyi çərçivəsində Beynəlxalq Sülh Günü kimi qeyd olunan 21 sentyabr tarixində elan etdiyi “Birgə Atəşkəs Çağırışı” Qoşulmama Hərəkatının bütün üzv dövlətləri tərəfindən dəstəklənib. Beləliklə, təşəbbüsə indiyə qədər 127 ölkə qoşulub.
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov bildirib ki, 127 ölkənin Azərbaycanın təşəbbüsünü dəstəkləməsi özü çox mühüm hadisədir:
"Məlum olduğu kimi noyabr ayının 11-dən 22-nə qədər Azərbaycan COP29-a sədrliyi həyata keçirəcək. Azərbaycan Birləşmiş Millətlər Təşkilatının 29-cu İqlim Dəyişmələri Konfransına (COP29) sədrliyi çərçivəsində Beynəlxalq Sülh Günü kimi qeyd olunan 21 sentyabr tarixində “Birgə Atəşkəs Çağırışı”nı elan edib. Bu, unikal qərardır. Azərbaycanın say etibarilə BMT-dən sonra ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama hərəkatına 4 il sədrliyi və təşkilat içərisindəki böyük nüfuzu əsasında Hərəkatın bütün üzvləri Azərbaycanın bu təşəbbüsünü dəstəkləyir. Bu, gözlənilən və proqnozlaşdırılan hadisə idi. Lakin bu gün BMT-də 193 ölkə təmsil olunur. Sual yaranır ki, 127 ölkə Azərbaycanın "Birgə Atəşkəs Çağırışı"nı dəstəkləyirsə, daha hansı ölkələr bunu dəstəkləyə və ya dəstəkləməyə bilər? Mənə elə gəlir ki, dünyamızın çox mürəkkəb dövrə daxil olduğu, yeni-yeni münaqişə ocaqlarının, yeni təhdidlərin yarandığını nəzərə alsaq, 127 ölkənin Azərbaycanın təşəbbüsünü dəstəkləməsi özü çox mühüm hadisədir".
Onun fikrincə, münaqişələrin kəmiyyət və keyfiyyət baxımından artması bəzi ölkələrin "Birgə Atəşkəs Çağırışı" təşəbbüsünü ürək açıqlığı ilə dəstəkləməyəcəyini proqnozlaşdırmağa əsas verir:
"Məsələn, Rusiya-Ukrayna müharibəsi İkinci Dünya Müharibəsindən sonra ən böyük müharibədir. İki tərəf də konkret olaraq sülh imzalamaq niyyətini ortaya qoymur. Ayrı-ayrı böyük dövlətlərin təşəbbüsləri də qəbul edilmir. Bu nöqteyi-nəzərdən bu təşəbbüsün qəbul edilməməsi anlaşıla bilər. Bu gün İsrail-Həmas, İsrail-Hizbullah münaqişəsi kontekstində İsrail-İran arasında vəziyyət kritik həddə çatıb. Yaxın Şərqdə növbəti partlayışın olması gözlənilir. Hətta bu partlayışın coğrafiyasının daha geniş olacağı haqqında mövqelər səslənir. Bütün bu reallıqlar da özü-özlüyündə böyük bir təşəbbüsün - "Birgə Atəşkəs Çağırışı"nın reallaşması yolunda əngəllər yaradır".
Deputat onu da qeyd edib ki, istənilən halda Azərbaycan bu addımı ilə sülhpərvər dövlət olduğunu ortaya qoyub:
"Qoy, bütün dünya bilsin ki, Azərbaycan özü müharibəyə cəlb edilmişdi, ərazisi işğal altındaydı. Azərbaycan həm də belə bir nümunə yaratdı ki, işğal altında olan ərazilərin azad edilməsi üçün hər gün, hər ay, hər il görülmüş işlər, hazırlıq prosesi mütləq öz nəticəsini verir. Bu halda tarixi zəfər labüddür. Bu prizmadan məsələyə baxdıqda Azərbaycanın bu təşəbbüsü çox dəyərli, qiymətli və bu gün çox ciddi problemlərlə üz-üzə qalan təhlükəsizlik mühiti üçün olduqca faydalıdır".
Tehsil-press.az