Ali təhsil ocağı nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecində yeni internet saytının təqdimatı keçirilib. Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək qeyd edib ki, kollecin rəqəmsal imkanlarının genişləndirilməsi, elektron universitet layihəsinə qoşulması, eləcə də məlumat mübadiləsinin asanlaşdırılması və ictimaiyyətlə əlaqələrin gücləndirilməsi yeni internet saytının əsas məqsədlərindəndir. Rektor bildirib ki, saytın təhsil bölməsində elektron jurnalın tətbiqi tələbələrin nailiyyətlərinin və dərs davamiyyətinin izlənməsi, akademik təqvim, imtahan suallarının və tədris proqramlarının yerləşdirilməsi idarəetmə prosesini asanlaşdıracaq. Elbrus İsayev əlavə edib ki, rəqəmsal texnologiyaların tədris prosesinə inteqrasiyası təhsilin keyfiyyətini yüksəltməklə yanaşı, həm də operativliyi artırır. Vurğulanıb ki, universitet nəzdindəki kolleclərdə həyata keçirilən yeniliklər subbakalavrların təhsil pillələrini uğurla başa vurduqdan sonra bakalavr və magistr səviyyələrində təhsillərini davam etdirmələri üçün geniş imkanlar yaradır. Rektor, bu istiqamətdə görülən işlərin ali təhsildə peşəkar kadrların hazırlanmasına mühüm töhfə verəcəyini də qeyd edib.
Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Texniki Kollecin direktoru Asəf Ruşanov 2023-2024-cü tədris ili ərzində görülən işlər barədə geniş hesabat verib. O, çıxışında kollecdə tədris prosesinin planlı və sistemli şəkildə həyata keçirilməsinin tədrisin keyfiyyətinə müsbət təsir etdiyini vurğulayıb. Direktor bildirib ki, Elektron universitet layihəsinə inteqrasiya olunmaqla il ərzində fərdi iş planları və sillabuslar hazırlanaraq təsdiq edilmiş, fənn birləşmələrinin işləri koordinasiya olunmuşdur. İmtahanların elektron imtahan proqramı vasitəsi ilə həyata keçirilməsi tədris prosesinin müvəffəqiyyətlə həyata keçirilməsinə zəmin yaradır. Elektron imtahan sistemi və qr code şifrələmə metodundan istifadə edilməklə ümumilikdə 540 imtahan təşkil edilmiş və 70 nəfərdən ibarət müəllim heyəti ilə tədris fəaliyyəti uğurla davam etdirilmişdir. Eyni zamanda, tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsində elektron jurnalın imkanlarından istifadə edilmiş, ümumi orta müvəfəqiyyət göstəriciləri, eləcə də imtahanaqədərki ballar avtomatik hesablanaraq, tələbələrin şəxsi kabinetinə göndərilmişdir.
Naxçıvan Dövlət Universitetinin İnformasiya Texnologiyaları şöbəsinin müdiri Hüseyn Əsgərli yenidən əsaslı şəkildə təkmilləşdirilən sayt barədə məlumat verib. Vurğulayıb ki, universitetin nəzdində fəaliyyət göstərən Texniki Kollecin rəsmi internet saytı NDU-nun İnformasiya Texnologiyaları şöbəsi tərəfindən müasir proqramlaşdırma dillərindən istifadə edərək hazırlanıb. O, qeyd edib ki, yeni internet saytında istifadəçi rahatlığı və texniki imkanlar nəzərə alınmaqla 5 bölmə və 9 alt bölmədən ibarət yeni internet saytının(texnikikollec.ndu.edu.az) əsas menyusunda “Ana səhifə”, “Kollec”, “Təhsil”, “Tələbə Təşkilatları”, “Əlaqə” bölmələri yer alıb. Saytda kollec haqqında ümumi məlumat, foto və videomateriallar, eləcə də kollecin əməkdaşları, keçirilən tədbirlər haqqında məlumatlar yerləşdirilib. Yeni saytın yaradılmasında məqsəd bütün istifadəçilər, o cümlədən Kollecə müraciət edən bütün şəxslər üçün saytın daha əlçatan olmasının təmin edilməsi, vətəndaş müraciət və sorğularına daha operativ şəkildə cavab verilməsi, Kollecin fəaliyyəti barədə məlumatlandırma və maarifləndirmə işini təşkil etmək, ictimaiyyətin Texniki Kollecin fəaliyyəti ilə əlaqədar məlumatları sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etməsini təmin etməkdir.
Yenilənmiş internet səhifəsinin SSL (təhlükəsizlik) sertifikatı ilə təmin olunması, optimizasiyası (SEO-Search Engine Optimization), axtarış sistemlərinə uyğunlaşdırılması, “Google” axtarış sistemində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda görünməsi üçün zəruri texniki tədbirlər həyata keçirilib. Həmçinin saytın domen ünvanı da müvafiq qaydada yenilənməklə “ndu.edu.az” domeninə bağlı e-poçt adresi ilə təmin edilib.
Sonda Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Texniki Kollecin tarix müəllimi Aytən Hüseynova və informasiya sistemləri üzrə ixtisas müəllimi Qumral Əliyeva saytın funksionallığı, məlumatların rahat və əlçatan olması haqqında öz fikirlərini bölüşüblər.
Tehsil-press.az