Sumqayıt Dövlət Texniki Kollecinin 60 illik yubileyi qeyd olunub

Sumqayıt Dövlət Texniki Kollecinin 60 illik yubileyi qeyd olunub Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin 60 illik yubileyi münasibətilə tədbir keçirilib.
Əvvəlcə Təhsil nazirinin müavini Firudin Qurbanov Sumqayıt Dövlət Texniki Kollecinin maddi-texniki bazası ilə tanış olub, sinif otaqlarını gəzərək tədrisin keyfiyyəti ilə maraqlanıb. Kollecin müəllim-tələbə kollektivi ilə görüşən nazir müavini onları maraqlandıran sualları cavablandırıb, tövsiyələrini verib.
Sumqayıt Dövlət Dram Teatrında təşkil olunan tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Kollecin direktoru Mətanət Piriquliyeva çıxış edərək təhsil müəssisəsi barədə ətraflı məlumat verib.
Təhsil nazirinin müavini Firudin Qurbanov Sumqayıtın sosial-iqtisadi inkişafından danışıb. O, müasir Sumqayıtın ulu öndər Heydər Əliyevin əsəri olduğunu qeyd edib. Ölkəmizdə aparılan uğurlu təhsil siyasətindən söz açan nazir müavini Prezident İlham Əliyevin təhsilə və təhsil işçilərinə xüsusi diqqət və qayğı göstərdiyini bildirib.
Firudin Qurbanov kollecin fəaliyyətindən bəhs edərək deyib ki, bu təhsil müəssisəsi yarandığı gündən indiyədək əmək bazarına uyğun kadrlar hazırlanması vəzifəsini layiqincə yerinə yetirir.
Nazir müavini kollecin kollektivini təbrik edib, uğurlar arzulayıb.
Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov kollecin uğurlu fəaliyyətindən bəhs edib.
Sonra Təhsil nazirinin müvafiq əmrinə əsasən, kollecin bir neçə əməkdaşı səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.
Tədbir bədii hissə ilə davam etdirilib.

Tehsil-press.az



Oxşar xəbərlər