Alimlər 20 illik araşdırmalardan sonra əfsanəvi dənizçi Xristofer Kolumbun dəfni ilə bağlı 500 illik sirri açıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə Britaniyanın "The Daily Mail” nəşri yazıb.
20 il ərzində tədqiqatçılar qrupu İspaniyanın Sevilya kilsəsində tapılan insan sümüklərinin DNT-sini Kolumbun qohumlarının və nəslinin DNT-si ilə, xüsusən də oğlu Hernandonun və qardaşı Dieqonun qalıqlarını müqayisə edib. Nəhayət, elm adamları onların arasında bir əlaqə aşkar edə bilib ki, bu da Kolumbun sümüklərinin həqiqətən İspaniyada olduğunu sübut edib.
Kolumbun cəsədi 1506-cı ildə ölümündən sonra bir neçə dəfə müxtəlif yerlərə daşındığından, elm adamları onun həqiqi qalıqlarının ola biləcəyini sual altına alırdılar. Bəziləri onun Dominikan Respublikasında dəfn edildiyinə inanırdı.
Bununla belə, elm adamları hələ bir sirri həll etməlidir - Xristofer Kolumbun mənşəyi. İndi onun polyak, ispan və yəhudi mənşəli olması ilə bağlı versiyalar var.
Tehsil-press.az