İqtisad Universitetinin tələbə və məzunları logistika sektorunda işlə təmin olunublar

İqtisad Universitetinin tələbə və məzunları logistika sektorunda işlə təmin olunublar "166 Yükdaşıma və Logistika” şirkətinin bu il keçirdiyi “Logistika akademiyası” adlı təcrübə proqramı yekunlaşıb. Təcrübə proqramında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 15 tələbə və məzunu da iştirak edərək proqramı uğurla başa vurublar. Onlar “166 Yükdaşıma və Logistika” şirkətində işlə təmin olunublar.
Üç il ardıcıl olaraq davam edən təcrübə proqramına bu il də ölkənin bir sıra universitetlərinin sonuncu kurs tələbələri və məzunlar qatılıblar. İştirakçılar 3 ay müddətində şirkətin müxtəlif departamentlərində praktiki-nəzəri bilik və bacarıqlara yiyələniblər.

Tehsil-press.az


Oxşar xəbərlər