“Kommunistlər 1 may aksiyalarında iştirakdan imtina etmək niyyətində deyillər”.
Tehsil-press.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov bildirib.
Pasxa bayramı bu il 1 may beynəlxalq zəhmətkeşlər günü ilə üst-üstə düşür. Buna görə də Rusiyanın bir sıra regionlarında 1 may beynəlxalq zəhmətkeşlər gününün qeyd edilməməsi barədə qərarlar verilib.
Züqanov hesab edir ki, Pasxa bayramı işçilərin həmrəyliyinə zidd deyil: “Çünki İsa yeni tarixdə ilk kommunist idi. O, yetimlər, kasıblar, xəstələr, bir sözlə ağır vəziyyətdə olan hamı üçün səsini ucaldırdı. Əgər o, sağ olsaydı, bizim sıralarımızda olardı”. Kommunist liderin sözlərinə görə, hamı 1 mayda toplaşmaq və öz fikirlərini söyləmək hüququna malikdir.
tehsil-press.az