Bu gün İran Məclisi (parlament) ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi barədə proqram qəbul edib.
Tehsil-press.az-ın məlumatına görə, bu barədə İran Dövlət Televiziyası məlumat yayıb. Doqquzuncu çağırış Məclisin qəbul etdiyi proqram 9 bənddən ibarətdir.
Sənəddə qeyd edilir ki, proqram potensial işğalçının qarşısının alınmasına yönəlib. Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün görüləcək tədbirlər sırasında raket və hücumundan yaxın, orta və uzaq məsafədə raket hücumundan müdafiə sistemlərinin istehsalı, orduda vahid idarəetmə və nəzarət sisteminin formalaşdırılması üçün yeni kommunikasiya sisteminin, kompüter texnologiyasının son nailiyyətlərindən istifadə edilərək ölkənin müdafiə idarəetmə sisteminin yaradılması, terrorçu qruplara qarşı mübarizə üçün yeni ləvazimat və silahların istehsal edilməsi, Hərbi Dəniz Qüvvələrinin gücünün artırılması, elektron müharibə ilə bağlı imkanların artırılması yer alıb.
Müdafiə sənayesi infrastrukturun modernləşdirilməsi, kazarma və digər hərbi obyektlərin şəhərlərdən kənara çıxarılması da proqramda əksini tapıb. Proqramda qeyd edilib ki, potensial təhlükə nöqtələri ilə əlaqədar xüsusi müdafiə mərkəzi yaradılacaq, quru qüvvələri yeni müasir müdafiə silahları ilə təchiz ediləcək. Sənəddə sərhəd qüvvələrinin yeni müşahidə sistemləri, o cümlədən pilotsuz təyyarələrlə təchiz olunacağı bildirilir. Eyni zamanda sərhəd rayonlarında nəzarətin təmin edilməsi üçün ordu qüvvələrinin könüllülər və yerli özünümüdafiə birlikləri ilə birlikdə hərəkət etməli olduğu qeyd edilib.
tehsil-press.az