Gündəlikdə duran məsələ ilə bağlı çıxış edən universitetin rektoru vəzifəsini icra edən, tədris işləri üzrə prorektor Üzeyir Zeynalov, MDU-nun qarşısında qoyulan hədəflərə və tələbə qəbulu sahəsindəki mövcud tendensiyalara toxunaraq, tələbə qəbulu planı hazırlanarkən əmək bazarının tələblərinin nəzərə alındığını və ötən ilin qəbul nəticələrinin geniş şəkildə təhlil edildiyini vurğulayıb.
Elmi Şura üzvləri layihəni müzakirə edərək, qarşıdakı tədris ili üçün tələbə qəbulu proqnozunun daha dəqiq və reallığa uyğun hazırlandığını bildiriblər. 2025/2026-cı tədris ilinin tələbə qəbulu proqnozu, təkliflər nəzərə alınmaqla, təsdiq edilib.
İclasda gündəlikdə duran digər cari məsələlər də müzakirə olundu və müvafiq qərarlar qəbul edildi.
Tehsil-press.az