Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi şurasının son iclası keçirilib. Elmi şuranın sədri, universitetin rektoru professor Gülçöhrə Məmmədova iclas iştirakçılarını gündəlikdə duran məsələlərlə tanış edib.
Gündəlikdə duran ilk məsələ - “Təhsilin praktiki hissəsinin gücləndirilməsi üçün həyata keçirilən fəaliyyət və qarşıda duran vəzifələr” mövzusunda hesabatla Elmi şuranın təhsil və elm komissiyasının sədri Sahib Fərzəliyev çıxış edib. Komissiya sədri müasir dövrün tələblərinə və əmək bazarına uyğun mütəxəssis hazırlığı prosesində praktiki dərslərin əhəmiyyətindən danışıb. Sonra o, şura üzvlərini bütün fakültələr üzrə praktik dərslərin təşkilinə dair keçirdikləri monitorinqin nəticələri ilə tanış edib. Ortaya çıxan nöqsanlar və çatışmazlıqlarla bağlı verilən məlumatlar ətrafında geniş müzakirələr aparılıb, təkliflər səsləndirilib.
Tədris işləri üzrə prorektor Akif Qasımov payız semestrinin imtahan sessiyasının təşkili, imtahanların obyektiv və şəffaf keçirilməsi üçün görülən işlər barədə məlumat verib. Prorektor bildirib ki, payız semestrinin imtahan sessiyası əyani formada təşkil olunacaq və sessiyaya hazırlığın vəziyyəti qənaətbəxşdir. Əyani təhsilalma forması üzrə imtahanlar 2022-ci il yanvarın 5-dən başlayıb fevralın 2-də bitəcək. İmtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları dərhal aradan qaldırmaq və digər müvafiq tədbirləri həyata keçirmək məqsədilə Operativ Qərargah yaradılıb. O, fakültə dekanlarını və kafedra müdirlərini qarşıdakı imtahan sessiyasında daha məsuliyyətli olmağa çağırıb.
Elmi şurada digər cari məsələlərə də baxılıb və müzakirə edilən məsələlər barədə müvafiq qərarlar qəbul edilib.
Tehsil-press.az