Prezident ölkə himninin dəyişdiriləcəyini açıqladı

Prezident ölkə himninin dəyişdiriləcəyini açıqladı Qırğızıstan Prezidenti Sadır Japarov parlamentin spikeri Nurlanbek Şakiyevin dövlət himninin dəyişdirilməsi ideyasını dəstəkləyib.

Tehsil-press.az Oxu.az-a istinadla xəbər verir ki, Qırğızıstan prezidenti bu barədə "Kabar" dövlət xəbər agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, respublikanın hazırkı himni 33 il əvvəl qəbul edilib və o vaxtdan Qırğızıstan dövlət kimi tam formalaşıb.

"Gəncləri və gələcək nəsilləri ruhlandıracaq yeni himn yazmağın vaxtıdır", - deyə S.Japarov bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər