Əgər korrupsiya ilə məşğulsansa, səni həbs edəcəklər

Əgər korrupsiya ilə məşğulsansa, səni həbs edəcəklər Əgər korrupsiya ilə məşğulsansa, səni həbs edəcəklər.
Bunu Qırğızıstan prezidenti qardaşı oğlunun həbsi ilə bağlı deyib
Qırğızıstan prezidenti Sadır Japarov yerli mətbuata qardaşı oğlu Ulan Japarovun saxlanmasını şərh edib. Qırğızıstanın Daxili İşlər Nazirliyi prezidentin əmisi oğlu Rakımjan Japarovun oğlu Ulanı gömrükdə korrupsiya sxemlərində iştirak etməkdə şübhəli bilinərək saxlayıb. O, SİZO-1-ə yerləşdirilib.
Prezident Japarov vurğulayıb ki, “hamıya bərabər münasibət göstərilməlidir: "Əgər bir adam korrupsiya ilə bağlıdırsa, kim olursa olsun, həbs edilməlidir".
“Yalnız dövlətə ikiqat dəymiş ziyanı ödədikdən sonra gedəcəksiniz. Ödəməsən, getməyəcəksən. “Qardaşımdır” deyə günahkarın tutulmasına imkan verməsəm, başqa qardaşlar qarışmağa başlayacaqlar. Qırğızların yaxşı ifadəsi var: “Birin cəzası minə ibrətdir”. Budur mənim şərhim”,-deyə Japarov bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər