Bakı 2015-in qalibləri BSU tələbələri ilə görüşüblər

Bakı 2015-in qalibləri BSU tələbələri ilə görüşüblər Mayın 2-də Bakı Slavyan Universitetində (BSU) Bakı-2015 Avropa Oyunlarının qalibləri tələbələrlə görüşüblər. Tədbirdə çıxış edən universitetin rektoru, professor Asif Hacıyev Azərbaycan idmançılarının son illərdə əldə etdiyi nailiyyətlərindən, BSU gənclərinin idman sahəsində qazandığı uğurlardan söz açıb. Rektor bildirib ki, Prezident İlham Əliyevin idmana diqqəti sayəsində Azərbaycan artıq idman ölkəsi kimi bütün dünyada layiqli yerini tutmuşdur. Bu gün müstəqil Azərbaycanın idmançıları dünya miqyasında böyük uğurlar qazanırlar, Azərbaycan beynəlxalq səviyyəli idman yarışlarına ev sahibliyi edir.
Sonra Milli Olimpiya Komitəsinin əməkdaşı, BSU-nun IV kurs tələbəsi Badam Bədəlova görüşün mahiyyətindən danşaraq bildirib ki, tədbirin əsas məqsədi gənclərdə idmana olan marağı artırmaqdır. Bakı Slavyan Universitetində təhsil alan tələbələrin idman sahəsində keçirilən yarışlarda dəfələrlə Azərbaycan bayrağını yüksəyə qaldırdığını deyən B.Bədəlova Bakı 2015 Avropa Oyunlarında BSU-nun könüllü gənclərinin fəal iştirakını diqqətə çatdırıb.
Tədbirdə Bakı 2015 Avropa Oyunlarının qızıl medalçıları İlham Zəkiyev və Rəsul Çunayev, gümüş medalçısı Fəridə Əzizova, bürünc medalçısı Niyazi Əliyev iştirak eldiblər. Peşəkar idmançılarımız bu sahədə müvəfəqiyyət qazanmağın sirlərini gənclərlə bölüşüb, BSU tələbələrinə tövsiyyələrini veriblər. Sonda tələbələrin çoxsaylı suallarını cavablandırılıb.


Bakı 2015-in qalibləri BSU tələbələri ilə görüşüblər

Bakı 2015-in qalibləri BSU tələbələri ilə görüşüblər

Bakı 2015-in qalibləri BSU tələbələri ilə görüşüblər

Tehsil-press.az

Oxşar xəbərlər