Əvvəlcə Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirin birinci hissəsində Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Musiqi Kollecinin "Naxçıvanqala ritm qrupu" və Rəqs ansamblı tərəfindən təqdim olunan kompozisiya izlənilib.
Daha sonra “Zəfər bayramı”na həsr olunmuş sərgiyə baxış keçirilib. İncəsənət fakültəsinin “Təsviri incəsənət müəllimliyi”, “Dizayn”, “Rəngkarlıq” ixtisasları üzrə təhsil alan tələbələrin 44 günlük Vətən müharibəsini müxtəlif aspektlərdən işıqlandıran 60 sənət əsərinin nümayişi böyük maraqla qarşılanıb. Vətənpərvərlik, qalibiyyət, zəfər sevinci mövzusunda hazırlanmış əl işləri üçün portret və kompozisiya janrlarına müraciət olunub. Yağlı boya, qrafika və heykəltəraşlıq nümunələri içərisində sülhə, birliyə, həmrəyliyə çağırış motivləri əsas yer tutub.
Konservatoriyanın akt zalında keçirilən tədbirin ikinci hissəsində Zəfər bayramı münasibəti ilə videoçarx izlənilib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev xalqımızın taleyi üçün əlamətdar olan bir günə şahidlik etməkdən qürur və iftixar hissi keçirdiyini diqqətə çatdırıb. Bildirilib ki, təqvimdəki işğal tarixlərinin yerini zəfər günlərinin əvəz etməsi Azərbaycan xalqı üçün böyük tarixi uğurdur. Ulu öndər tərəfindən əsası qoyulmuş müstəqil dövlətçilik ənənələri prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Bu gün Azərbaycandan dünyaya səslənən sülh, həmrəylik, bərabərlik, əməkdaşlıq prinsipləri Azərbaycanı yalnız regionda deyil, beynəlxalq irimiqyaslı problemlərin həll olunmasında aparıcı qüvvəyə çevirib. Rektor diqqətə çatdırıb ki, Qarabağda doğan Zəfər günəşi bir gün Qərbi Azərbaycanda da parlayacaq, soydaşlarımız gec-tez Müzəffər Liderin təşəbbüsü və qətiyyəti ilə tarixi torpaqlarına qayıdacaqlar. Qeyd olunub ki, artıq bu sahədə ölkə Prezidenti tərəfindən irəli sürülən konsepsiya Qərbi Azərbaycan İcması tərəfindən uğurla həyata keçirilir, tarixi faktlar və detallar ortaya çıxarılır.
Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin İctimai səhiyyə ixtisasının I kurs tələbəsi, şəhid Elçin İbrahimlinin həyat yoldaşı Ceyran İbrahimli yoldaşının və bütün şəhidlərimizin Azərbaycan uğrunda göstərdiyi igidliyin hər bir ailə üçün əvəzolunmaz bir fədakarlıq və qürur mənbəyi olduğunu qeyd edib. Şəhid yoldaşı olaraq yaşadığı fəxarət hissindən danışaraq bildirib ki, bu qəhrəmanlıq nümunələri gənc nəslin yaddaşında daim yaşayacaq və onlar üçün ilham qaynağı olacaq. Ceyran İbrahimli universitet rəhbərliyinə və tədbirin təşkilatçılarına bu cür görüşlərin keçirilməsinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib və qeyd edib ki, şəhidlərin xatirəsi hər zaman yaşadılmalı və gələcək nəsillərə ötürülməlidir.
Tədbirin sonunda Zəfər Gününə həsr olunmuş Tələbə Teatr Studiasının və Belkanto vokal qrupunun birgə hazırladığı ədəbi-bədii kompozisiyası nümayiş edilib. Qeyd edək ki, tədbirin bədii rəhbəri və rejissoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədova, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, dirijor Validə Hüseynova və Fortepiano kafedrasının baş müəllimi, konsertmestr Fəridə Ağayevanın ifa etdiyi kompozisiya vətənpərvərlik mövzusunda mahnılar və tələbələrin bədii qiraəti ilə tamaşaçıların zövqünü oxşayıb.
Tehsil-press.az