Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 44 günlük Vətən müharibəsinə və Zəfər Gününə həsr olunmuş silsilə vətənpərvərlik tədbirləri davam edir. Növbəti tədbir Şuşa Dövlət Musiqili Dram Teatrı ilə birgə keçirilib.
Əvvəlcə 2020-ci il oktyabrın 28-də Ermənistan silahlı qüvvələri tərəfindən Bərdəyə raket hücumu zamanı həlak olan dinc sakinlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra tələbələr üçün “Dəmir yumruq” ədəbi-bədii kompozisiyası təqdim edilib. Kompozisiya səhnələrdən və Ali Baş Komandan, Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsi ərəfəsində etdiyi tarixi çıxışlardan təşkil olunub. Aktyorlar müharibə dövrünü dolğun canlandırıblar. Səhnələri daha da qüvvətləndirmək üçün hərbi-vətənpərvərlik mövzularında müxtəlif şeirlər səsləndirilib.
Tələbələrin alqışı ilə müşayiət olunan kompozisiya izləyicilərin və aktyorların birlikdə Azərbaycan Respublikası Dövlət Himnini səsləndirməsi ilə yekunlaşıb.
Tehsil-press.az