2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması və COP29 çərçivəsində ekoloji məsuliyyətin artırılması məqsədilə Bakı Avrasiya Universitetində (BAAU) "Avtomobilsiz hərəkət edək" adlı aksiya təşkil olunub. Aksiyada universitetin akademik-inzibati heyəti və tələbələr piyada, velosiped, skuter və ictimai nəqliyyat vasitələrindən (avtobus və metro) istifadə edərək universitetə gediblər.
Aksiyanın əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədlərindən (Sustainable Development Goals) olan "İqlim dəyişikliyinə qarşı mübarizə" üzrə maarifləndirmə işləri aparmaq və ekoloji şüurun genişlənməsinə töhfə verməkdir. Bu təşəbbüs ilə BAAU digər ali, orta ixtisas, ümumi və peşə təhsili müəssisələrini də analoji aksiyaya qoşulmağa çağırır.
Aksiyanın uğurla həyata keçirilməsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, “Bakı Metropoliteni” QSC və “BakuBus” MMC təşkilatı dəstək göstərib.
Tehsil-press.az