BAAU-nun təmsilçiləri Litvada təlimlərdə

BAAU-nun təmsilçiləri Litvada təlimlərdə Bakı Avrasiya Universitetinin (BAAU) Elmi işlər üzrə prorektoru prof. Gülzar İbrahimova və “Tərcümə” kafedrasının müdiri dos. Sevda Rzayeva “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus + layihəsi çərçivəsində Litvada işgüzar səfərdə olublar.
Silsilə xarakteri daşıyan layihənin növbəti təlimləri Litvanın Mikolo Romerio Universitetində təşkil olunub.
Azərbaycanın 16 ali təhsil müəssisəsinin təmsilçilərinin də qatıldığı nümayəndə heyəti “Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu” adı altında həyata keçirilən təlimlərin əsas məqsədi universitetlərdə elmi tədqiqat və innovasiya fəaliyyətlərinin inkişaf etdirilməsidir.
Avropa Komissiyası tərəfindən maliyyələşdirilən layihənin koordinatoru Bakı Biznes Universitetidir.

Tehsil-press.az


Oxşar xəbərlər