“AzerGold” QSC tərəfindən Azərbaycan Texniki Universitetində (AzTU) təqdimat keçirilib.
Görüşdə tələbələrə dağ-mədən sahəsində ixtisaslaşmış dövlət şirkətinin fəaliyyət istiqamətləri barədə məlumat verilib.
Qeyd olunub ki, təhsil müəssisələri ilə əldə edilmiş razılaşmalar əsasında tələbələrin həm QSC-nin baş ofisi, həm də istehsalat sahələrində təcrübə keçmələri üçün şərait yaradılır. Beləliklə, ali və peşə təhsili müəssisələrində elmi-nəzəri biliklər əldə edən tələbələr əyani olaraq istehsalat təcrübəsinə də yiyələnmiş olurlar. Bununla yanaşı, Səhmdar Cəmiyyətin mütəxəssisləri tələbələrə mühazirələr oxuyur, ustad dərsləri, eləcə də müxtəlif müsabiqələr, stimullaşdırıcı tədbirlər həyata keçirirlər.
Həmçinin, görüşdə “AzerGold” QSC-nin artıq ikinci ildir ki, ali və peşə təhsili müəssisələrinin tələbələri üçün təşkil edilən Təqaüd proqramı müsabiqələri haqqında məlumat verilib. Bildirilib ki, Səhmdar Cəmiyyətin strateji layihələrinin vaxtında zəruri kadrlarla təminatı, müvafiq ixtisaslarda yerli mütəxəssis bazasının inkişaf etdirilməsi məqsədilə elan edilən müsabiqələrdə qalib gələn tələbələr təcrübə proqramlarına cəlb edilir, məzun olduqdan sonra onların müvafiq vakansiyalar üzrə işlə təminatı istiqamətində QSC-nın tələbatına uyğun olaraq zəruri addımlar atılır.
Sonda suallar cavablandırılıb.
Tehsil-press.az