“Qarabağla bağlı ən vacib məsələ...” - Lavrov

“Qarabağla bağlı ən vacib məsələ...” - Lavrov “Dağlıq Qarabağda atəşkəsə riayət olunması üçün effektiv mexanizmlər tətbiq olunmalıdır”.

Tehsil-press.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə Xarici işlər naziri Sergey Lavrov bildirib.
“Əlbəttə, hazırda ən vacib məsələ yeni itkilərin olmamasıdır. Bunun üçün isə səmərəli tədbirlər görmək lazımdır”, - deyə Lavrov söyləyib.
Rusiya XİN rəhbərinin sözlərinə görə, bu cür tədbirlərə Azərbaycan və Ermənistan prezidentləri təxminən 5 il öncə Dmitriy Medvedevlə görüşdə imza atıblar.
“Onlar insidentlərin araşdırıllması və etimadın möhkəmləndirilməsi üçün belə bir mexanizmin yaradılmasına razılaşdılar. ATƏT-ə bu məsələ ilə məşğul olmaq tapşırıldı və ATƏT-in həmsədrləri müxtəlif variantlardan ibarət təklif hazırladılar. Lakin bu proses təəssüf ki, 2012-ci ildə daha davam etmədi. İndi biz istəyirik ki, tərəflər bu məsələyə yenidən qayıtsınlar. ATƏT-dəki Almaniya sədrliyi fəallıq göstərmək istəyir və biz bunu təşviq edirik”- deyə Lavrov vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər