Qəzaya uğrayan təyyarədəki bir qara qutudan məlumatlar əldə edilib

Qəzaya uğrayan təyyarədəki bir qara qutudan məlumatlar əldə edilib Mütəxəssislər dekabrın 29-da Muan hava limanında qəzaya uğrayan "Jeju Air" təyyarəsinin kokpit səs yazıcısından məlumatları çıxarıb və audiofayllara çevirirlər.

Bu barədə Cənubi Koreya Nəqliyyat Nazirliyinin mülki aviasiya departamentinin direktoru Çju Çenq Vanq brifinqdə danışıb.

“Kokpitdəki danışıqların səs yazıcısından məlumatların çıxarılması bu gün başa çatıb, onların audiofayllara çevrilməsi üzrə işlərə başlanılıb”.
Cənubi Koreya rəsmisi əlavə edib ki, işlər mümkün qədər tez aparılacaq. Dekabrın 29-da Boeing 737-800-ün göyərtəsində olan 181 nəfərdən 179-u həlak olub və bu, Koreya Respublikasında ən dəhşətli hava fəlakəti olub.

İkinci qara qutu, uçuş məlumatlarını yazan cihaz bəzi xarici zədələrə məruz qalıb. Bu, onun şifrəsini açmaq üçün tələb olunan vaxtı artıracaq.
Cənubi Koreyalı mütəxəssislər hesab edirlər ki, uçuş məlumatları ilə uçuş registratorunu deşifrə etmək təxminən bir ay çəkəcək. Hər iki cihaz zədələnməsəydi, şifrənin açılması təxminən bir həftə çəkəcəkdi.

Cənubi Koreyalı mütəxəssislər qara qutuları deşifrə etməkdə çətinlik çəksələr, qara qutular Milli Nəqliyyat Təhlükəsizliyi Şurasından (NTSB) olan amerikalı həmkarlarına verilə bilər.

Tehsil-press.az


Oxşar xəbərlər