Milyonluq şirkət Rövşən Rüstəmovun rəhbərlik etdiyi qurumu məhkəməyə verdi

Milyonluq şirkət Rövşən Rüstəmovun rəhbərlik etdiyi qurumu məhkəməyə verdi “Azərbaycan Dəmir Yolları” QSC məhkəməyə verilib.

QSC ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Atef Şirkətlər Qrupu” MMC edib.

Mahiyyəti podrat müqaviləsi üzrə mübahisə olan iş hakim Günay Namazovanın icraatındadır. Baxış iclası yanvarın 23-də keçiriləcək.

Qeyd: Nizamnamə kapitalı 33 892 585 AZN olan “Atef Şirkətlər Qrupu”nun qanuni təmsilçisi Emil Talıb oğlu Əlixanbəyovdur. MMC-nin dövlətə 359 181 manat borcu var. Nizamnamə kapitalı 906 061 960 AZN olan “Azərbaycan Dəmir Yolları”nın qanuni təmsilçisi isə Rövşən Mürvət oğlu Rüstəmovdur.Pravda.az

Tehsil-press.az

Oxşar xəbərlər